Yasamalda mağazadan 11 telefon oğurlanıb

Yasamalda mağazadan 11 telefon oğurlanıb
# 25 yanvar 2023 11:54 (UTC +04:00)

Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR