Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olunub - VİDEO

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olunub - VİDEO
# 22 dekabr 2021 10:42 (UTC +04:00)

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən Elçin Mustafayev həbs edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.

E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Xatırladaq ki, Yevlaxda 13 yaşlı qızın itkin düşməsi, E.Mustafayevin qardaşı qızını qaçırması barədə ilk xəbəri APA yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR