Yevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb

Yevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb
# 01 avqust 2022 18:28 (UTC +04:00)

Yevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb.

Bu barədə APA-ya DİN-dən məlumat verilib.

Məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub.

Qeyd edək ki, 19 yaşlı S.Mustafalının iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR