Yevlaxda evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb

Yevlaxda evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
# 15 noyabr 2019 12:08 (UTC +04:00)

Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, noyabr ayında Yevlax rayonunun bir qrup sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayəti işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR