Yevlaxda kanalda batan şəxsin axtarışlarına dalğıclar cəlb edilib - YENİLƏNİB - VİDEO

Yevlaxda kanalda batan şəxsin axtarışlarına dalğıclar cəlb edilib - YENİLƏNİB  - VİDEO
# 09 yanvar 2023 16:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfərin Yuxarı Şirvan kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

11.15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR