FHN Yevlaxda qəbiristanlıqda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Yevlaxda qəbiristanlıqda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB
# 18 iyun 2019 18:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhərinin Yuxarı Qarxun kəndində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:04

Yevlaxda qəbiristanlıqda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib. Yanğın qəbiristanlığın geniş ərazisini əhatə edib.

Alovun söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR