Yevlaxda və Saatlıda avtomobillər yanıb

Yevlaxda və Saatlıda avtomobillər yanıb
# 06 iyun 2023 11:14 (UTC +04:00)

Yevlaxda və Saatlıda avtomobillər yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlaxda “ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı şəhərində isə “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR