Yevlaxda yataqxanada yanğın olub

Yevlaxda yataqxanada yanğın olub
# 04 dekabr 2022 09:00 (UTC +04:00)

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR