Yevlaxda yataqxanada yanğın söndürülüb, xəsarət alan var - FOTO - YENİLƏNİB

Yevlaxda yataqxanada yanğın söndürülüb, xəsarət alan var - FOTO  - YENİLƏNİB
# 09 avqust 2022 20:31 (UTC +04:00)

Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda bildirilir.

***

Saat 20:00

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, hazırda soyutma işləri aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

***

19:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

APA Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Yetər Kərimli

Habil Aslanoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR