Baş prokurorun müavini Qazaxda vətəndaşları qəbul edəcək

Baş prokurorun müavini Qazaxda vətəndaşları qəbul edəcək
# 19 sentyabr 2019 12:09 (UTC +04:00)

Baş prokurorun müavini Namiq Əsgərov sentyabrın 27-də saat 10:00-da Qazax rayon Prokurorluğunun inzibati binasında Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR