“Zaminbank”ın vəzifəli şəxslərinə hökm oxunub

“Zaminbank”ın vəzifəli şəxslərinə hökm oxunub
# 15 noyabr 2019 14:55 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Tağıyeva da bankın əməkdaşı olub. Bankın vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqla, ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndiriliblər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR