Zaqatala sakininin müraciəti nəzarətə götürülüb

Zaqatala sakininin müraciəti nəzarətə götürülüb
# 20 iyul 2022 15:10 (UTC +04:00)

Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.

Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Qeyd edək ki, Rəna Ramazanova bu il martın 21-də Zaqatala rayon Xəstəxanasında keçirilən qeyseriyyə əməliyyatından sonra ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR