Zaqatalada yeni doğulan körpə ölüb - YENİLƏNİB - VİDEO

Zaqatalada yeni doğulan körpə ölüb - YENİLƏNİB  - VİDEO
# 28 oktyabr 2022 18:07 (UTC +04:00)

TƏBİB Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.

TƏBİB-dən APA-nın yerli bürosuna verilən məlumatda bildirilib ki, 41-42 həftəlik hamilə olan 1998-ci il təvəllüdlü G.Z. 25 oktyabr tarixində saat 12:23 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub. Daxil olarkən ananın vəziyyəti kafi qiymətləndirilib. 26 oktyabr tarixində saat 07:35 radələrində təbii doğuş başa çatıb. Doğuş prosesi ağır keçib və yenidoğulmuşun doğulmasında ləngimə qeydə alınıb. Doğuşdan sonra körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb.

***

16.39

Zaqatalada yeni doğulan körpə ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

24 yaşlı Gülsənəm Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR