Zərdabda 5 gün əvvəl qəzaya düşənlərdən biri ölüb

Zərdabda 5 gün əvvəl qəzaya düşənlərdən biri ölüb
# 19 aprel 2022 15:09 (UTC +04:00)

Zərdabda 5 gün əvvəl qəzaya düşənlərdən biri ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan Ucar rayonunun Qazyan kənd sakini, 1996-cı il təvəllüdlü Bəxtiyar Məhəmməd oğlu Kərimli Bakıda müalicə aldığı xəstəxanada keçinib.

Qeyd edək ki, 14 apreldə gecə saatlarında Zərdab-Ağcabədi yolunun Zərdab rayonundan keçən hissəsində Emin Tağıyevin idarə etdiyi "VAZ 2109" markalı minik maşını ilə Rza İsayevin idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü Emin Tağıyev, sərnişinləri - Ramil Əzizov, Bəxtiyar Kərimli, Nurlan Əsgərov və Amil Tağızadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bəzi xəsarət alanların durumu qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR