"Zil” 160 nömrəli marşrut avtobusunu vurub - FOTO

"Zil” 160 nömrəli marşrut avtobusunu vurub - FOTO
# 27 iyun 2022 17:51 (UTC +04:00)

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR