Bakının Nərimanov rayonunda iki eyni markalı avtomobil toqquşub.
APA xəbər verir ki, Samir Əliyevin idarə etdiyi "Opel" markalı avtomobildə nasazlıq yaranıb. Sürücü məcburən avtomobili yolun sağ hərəkət zolağında saxlayıb.
Bu zaman arxadan gələn və Müşfiq Əliyevin sürücüsü olduğu digər "Opel" ona çırpılıb. Zərbənin gücündən çırpılan avtomobil səkiyə dəyib. Sonuncu "Opel"in sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.