Aprelin 20-21-də külək güclənəcək

Aprelin 20-21-də külək güclənəcək
# 19 aprel 2022 12:27 (UTC +04:00)

Son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, havanın temperaturu normadan 2-4.5° yüksək olub.

Bu gün, gün ərzində sabit hava şəraiti davam edəcək. Lakin cənub-qərb küləyi arabir güclənəcək, 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.

Bölgələrdə 20-si gündüzdən 22-dək arabir yağıntılı olacaq. Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR