Bakıda 35, bölgələrdə 37 dərəcə isti olacaq - VİDEO

Bakıda 35, bölgələrdə 37 dərəcə isti olacaq - VİDEO
# 20 iyun 2022 12:45 (UTC +04:00)

İyunun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR