Bəzi ərazilərdə şimşək çaxıb, yağış yağıb, Kürdə suyun səviyyəsi artıb - Faktiki hava

Bəzi ərazilərdə şimşək çaxıb, yağış yağıb, Kürdə suyun səviyyəsi artıb  - Faktiki hava
# 02 iyun 2023 19:07 (UTC +04:00)

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR