Qar, yağış yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-1

Qar, yağış yağır - FAKTİKİ HAVA  - YENİLƏNİB-1
# 08 yanvar 2023 18:39 (UTC +04:00)

Qar və yağış yağır

Yanvarın 08-i saat 18:00-a olan məlumata əsasən, Lerik, Yardımlı, Biləsuvar, Neftçala, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Mingəçevir, Şabran, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöldə və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada qar, Lənkəran və Astarada yağış yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, şimal-şərq küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

***

saat 13.38

Yanvarın 8-i saat 13:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Oğuz, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Tərtər, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Lerik, Sumqayıt, Maştağada qar, Bərdə, Mingəçevir, Yevlax, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

APA-nın xəbərinə görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-qərb küləyinin sürəti arabir Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metr olub.

***

saat 10.14

Yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

APA-nın xəbərinə görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb:

"Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub".

G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb:

"Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR