Sabahın hava proqnozu

hava

© APA | hava

# 25 yanvar 2022 13:15 (UTC +04:00)

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman.Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Yanvarın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR