Sabahın hava proqnozu açıqlanıb - VİDEO

Sabahın hava proqnozu açıqlanıb - VİDEO
# 13 aprel 2022 12:37 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR