Ermənilər Ağdam cəbhəsində hücuma keçib, 5 erməni əsgəri öldürülüb

Ermənilər Ağdam cəbhəsində hücuma keçib, 5 erməni əsgəri öldürülüb
# 10 sentyabr 2009 08:25 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hücumun qarşısını alan Azərbaycan əsgərləri ilə ermənilər arasında güclü atışma olub. Düşmənin həmləsinin qarşısı alınıb, atışma nəticəsində 5 erməni əsgəri öldürülüb, 3-ü ağır yaralanıb. Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kürək nahiyəsindən güllə yarası alıb.

Onun hərbi hospitala yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR