Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirləcək
# 09 oktyabr 2009 09:02 (UTC +04:00)
Bakı – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbayjan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi İrji Aberle və Piter Ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri, polkovnik-leytenant İmre Palatinus, Jaslan Nurtazin və Vladimir Çontulov keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR