Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə ermənilər tərəfindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə ermənilər tərəfindən atəşə tutulub
# 27 noyabr 2009 07:53 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqmətdə atəşkəs pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata götrə, düşmən bölmələri noyabrın 26-da saat 12.30-dan 12.45-dək və 22.40-dan 22.50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.35-dək Goranboy rayonunun Tarqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.00-dan 16.10-dək və saat 23.25-dən 23.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.05-dən 23.20-dək Cəbrayıl rayonunun Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.05-dən 14.25-dək və noyabrın 27-də saat 05.10-dan 05.20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR