Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan FHN-in təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir

Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan FHN-in təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir
# 13 sentyabr 2010 16:02 (UTC +04:00)
APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 13-dən 16-dək davam edəcək seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsidir. Tədbirin ssenarisinin əsas istiqaməti subasma və neft dağılması ilə bağlıdır.
Tədbirdə FHN-in 40-a yaxın əməkdaşı ilə yanaşı, Azərbaycan Respublikasının digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR