Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə gərgin vəziyyət davam edir

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə gərgin vəziyyət davam edir
# 15 sentyabr 2010 06:53 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 13.05-dən 13.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.40-dan 21.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 09.05-dən 09.25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.45-dən 21.10-dək, 21.10-dan 22.00-dək, 22.00-dan 22.40-dək Tərtər rayonunun Yarımca, Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.10-dan 22.25-dək, 23.45-dən 23.50-dək və sentyabrın 15-də saat 00.40-dan 00.45-dək Ağdam rayonunun Kəngərli, Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR