Firudin Sadıqov: “Mübariz İbrahimov və Fərid Əhmədovun meyiti tibbi ekspertizadan sonra doğmalarına təhvil veriləcək”

Firudin Sadıqov: “Mübariz İbrahimov və Fərid Əhmədovun meyiti tibbi ekspertizadan sonra doğmalarına təhvil veriləcək”
# 06 noyabr 2010 13:11 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi bir müddət əvvəl yaşlı erməninin təmas xəttin itkin düşməsi barədə Azərbaycana müraciət edib: “Həmin ərəfədə onların dediyi şəxslə bağlı bizdə heç bir məlumat yox idi. Sonradan bölgədə yağan leysan yağışlar Tərtər çayında suyun axınının güclənməsinə səbəb olmuşdu. Həmin ərəfədə çaydan naməlum kişi meyiti tapıldı. Meyitin üstündən götürülən sənədlərdə onun itkin düşmüş Ermənistan vətəndaşı olduğu təsdiqləndi. Meyit bu gün qarşı tərəfə təhvil verildi”.

APA-nın Qarabağ bürosunun əldə etdiyi digər məlumata görə, bu gün qaytarılan M. İbrahimovun meyiti tanınmaz halda olub. F. Əhmədovun meyiti isə qismən tanınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR