Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
# 02 aprel 2011 08:20 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 11.40-dan 12.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.10-dan 13.40-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.05-dən 12.15-dək və aprelin 2-də saat 00.10-dan 00.25-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR