Tacikistanda Rusiya hərbi bazası 2042-ci ilədək qalacaq
05 oktyabr 2012 15:11 (UTC +04:00)
Bakı-APA. Rusiya və Tacikistan arasında 201-ci hərbi bazanın statusu və saxlanma şərtlərinə dair memorandum imzalanıb. APA-nın məlumatına görə, imzalanan sazişə əsasən, Rusiyanın 201-ci hərbi bazası 2042-ci ilədək Tacikistan ərazisində qalacaq. Müddət başa çatdıqdan sonra tərəflər sazişin müddətini uzada bilərlər. Yeni sazişdə hərbi bazanın statusu da artırılıb. Artıq hərbi bazanın statusu və bazada xidmət keçən hərbçilərin, onların ailələrinin statusu diplomatik nümayəndəliklərin və diplomatik personalın statusuna bərabər olacaq. Bu status şəxsi heyətin, onların ailə üzvləri və baza əmlakının toxunulmazlığını nəzərdə tutur.
Hərbi
Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşüb
17:02
10 may 2024
Prorektor: Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində tələbə mübadiləsi davam edir
15:44
10 may 2024
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:14
9 may 2024
Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
16:45
9 may 2024