ANAMA: Hərbi hissələrdə minaaxtarma əməliyyatları öyrədilir

ANAMA: Hərbi hissələrdə minaaxtarma əməliyyatları öyrədilir
# 28 fevral 2023 11:43 (UTC +04:00)

Hazırda hərbi hissələrdə humanitar minaaxtarma və döyüş ərazilərinin təmizlənməsi, ümumilikdə beynəlxalq minaaxtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bu sözləri ANAMA-ın Əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov deyib.

O bildirib ki, ərazidə müharibədən sonrakı dövrdə beynəlxalq minaaxtarma əməliyyatları geniş vüsət alıb: “Bütün bu işlə məşğul olan təşkilatların eyni bir qayda ilə işləməsi lazımdır. Çünki sonda əhalimiz bu ərazilərdə rahatlıqla məskunlaşa bilsinlər. ANAMA-da bu səbəbdən üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. ANAMA beynəlxalq minaaxtarma işində ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlara da təcrübə mübadiləsini də həyata keçirir. Bu səbəbdən təlimlər təşkil edilir. ANAMA-da buna görə təlim heyəti genişlənir, həm də təlim üçün vəsaitlər çoxaldılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR