ANAMA-nın Qarabağdakı əməliyyatlarına daha 24 ambulans cəlb edilib

ANAMA-nın Qarabağdakı əməliyyatlarına daha 24 ambulans cəlb edilib
# 15 fevral 2023 14:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib.

Agentlikdən APA-ya verilən xəbərə görə, təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.
Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.

Təcili tibbi yardım nəqliyyat vasitələri (4x4) yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü tibbi sığorta ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR