ANAMA sədri: İşçi sayı artırılıb, lazımi miqdarda alət-avadanlıq, texnika alınacaq

Vüqar Süleymanov

© APA | Vüqar Süleymanov

# 17 noyabr 2022 12:29 (UTC +04:00)

2021-ci ildən qarşımıza qoyulan məqsədlərə uyğun olaraq böyüyüb inkişaf etmişik. Növbəti illərdə də ANAMA böyüyəcək, həm insan, həm texniki potensial artırılacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, buna uyğun olaraq lazımi miqdarda həm alət-avadanlıq, həm də texnika alınacaq: "İşçi sayı da artırılıb və bu artım davam edir. Göygöldəki regional təlim mərkəzimizdə həm yeni minaaxtaranların, qrup rəhbərlərinin, həm də partlayış işlərinin aparılması təlimləri davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR