Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 132 mina aşkarlanıb
# 10 may 2022 14:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, mayın 2-dən 7-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 344 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR