Azərbaycan Ordusunda döyüş hazırlığı planı üzrə məşğələlər icra olunur - VİDEO

Azərbaycan Ordusunda döyüş hazırlığı planı üzrə məşğələlər icra olunur - VİDEO
# 09 fevral 2023 17:01 (UTC +04:00)

Cari ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar keçirilən praktiki məşğələlər uğurla icra olunur.

Müdafiə Nazirliyindəm APA-ya verilən məlumata görə, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılan bölmələr təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
Raket və Artilleriya Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətləri praktiki yerinə yetiriblər.
Qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişafı, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR