1998-ci ildən indiyə qədər ümumilikdə Azərbaycanda 1 milyondan çox mina və partladılmamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
APA xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov deyib.
O bildirib ki, partladılmış sursatlar təkcə işğaldan azad edilən ərazilərdə deyil, Azərbaycanın digər şəhər və rayonlarında aşkar olunub.