Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.
Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.
Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.
TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib
Xarici siyasət
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Niderlandla münasibətlərin inkişafı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsinə də töhfə verir - RƏY
Xəbər Lenti
Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var
Lamin Yamal ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusu seçilib
Azərbaycana girişinə qadağa qoyulan Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
Demokratlar Pentaqon rəhbərinin vəzifədən uzaqlaşdırılmasını tələb etməyə hazırlaşır
İsrail ordusu Qəzzada HAMAS və “İslami Cihad”ın 4 üzvünü öldürdüyünü açıqlayıb
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib
Millimiz Haitiyə böyük hesabla uduzub
Rusiya ordusu Xarkova raket zərbəsi endirib, iki nəfər ölüb, yaralananlar var
Zelenski Ukraynada hərbi vəziyyətin müddətini uzadan qanun layihəsini imzalayıb
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
BMT: 2005-ci ildən bəri silahlı münaqişələrdə uşaqlara qarşı 430 mindən çox ciddi pozuntu qeydə alınıb
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edibər - YENİLƏNİB-1
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb - VİDEO
"Sabunçu Ceyhun"un qətlində təqsirləndirilənlər barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB-1 - VİDEO
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib
ISW: Starlink məhdudiyyətlərindən sonra reaktiv dronların vurulma effektivliyi aşğı düşüb
Əhalinin siyahıyaalması ilə bağlı siyahıyaalma qrupunun işçilərinin maaşları müəyyənləşib
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Azərbaycan İslam dünyasında siyasi dialoq və həmrəyliyin aparıcı mərkəzlərindən birinə çevrilir – TƏHLİL
Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib
Ukraynanın Rusiyanın Voronej vilayətinə kütləvi dron hücumu zamanı ölənlərin sayı üçə çatıb - YENİLƏNİB
Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşüb
Niderlandla münasibətlərin inkişafı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsinə də töhfə verir - RƏY
TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Zelenski: Heqset bir aydır Ukraynaya Patriot və NASAMS raketlərinin göndərilməsi ilə bağlı sənədləri imzalamır
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
Ukraynanın dron hücumundan sonra Rusiya "Yandex"in üç superkompüterinin yerini dəyişib
Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub
Hikmət Hacıyev: Yalnız sivilizasiyalar arasında deyil, sivilizasiyaların daxilində də dialoqun aparılması vacibdir
Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb