Qış təlimlərini izləmək üçün Türkiyənin Qars şəhərinə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu hava limanında Türkiyənin müdafiə naziri Hulusi Akar qarşılayıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.
***
19.17
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun qardaş ölkədə keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.