Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 19 sənəd imzalanıb

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclasında 19 sənəd imzalanıb
# 08 iyun 2023 15:03 (UTC +04:00)

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclasında 19 sənəd imzalanıb.

APA xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.

Manilov qeyd edib ki, bu gün təşkil edilən iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb.

Onun sözlərinə görə, əsas sənəd Birliyə daxil olan ölkələrin xarici sərhədlərində yaranan vəziyyəti nəzərdə tutur.

"Təəssüf ki, bu gün Mərkəzi Asiya regionu ölkələrinin sərhədində təhlükə qalmaqda davam edir. Ümumiyyətlə, dövlət sərhədlərində toqquşmalar dayanmır, bircə misal çəkə bilərəm: təkcə 2022-ci ildə və 2023-cü ilin əvvəlində Tacikistan sərhədçiləri 14 toqquşmanın qarşısını alıblar, bu zaman narkotik vasitələr keçirməyə cəhd edən 10-dan çox yaraqlı məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR