Bank Of Baku

Simonida Kordiç : Forum uzunmüddətli nəticələr üçün təməl yaradır

Monteneqronun turizm naziri Simonida Kordiç

© APA | Monteneqronun turizm naziri Simonida Kordiç

# 26 sentyabr 2026 13:02 (UTC +04:00)

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu uzunmüddətli nəticələr üçün təməl yaradır.

Bunu Monteneqronun turizm naziri Simonida Kordiç II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində APA-ya açıqlamasında deyib.

“Bu, siyasi tərəf, dövlət idarəçiliyi, sənaye və biznes arasında fikir mübadiləsi aparmaq üçün çox mühüm platformadır. Forum bizə digər tərəfin ehtiyaclarını anlamaq imkanı verir. Hökumət üçün isə səmərəli siyasət formalaşdırmaq məqsədilə sənayedəki reallıqlardan xəbərdar olmaq vacibdir”, - nazir bildirib.

Kordiç forumun nəticələrinin uzunmüddətli perspektivdə özünü göstərəcəyini vurğulayıb:

“Nəticələr həmişə uzunmüddətli olur. Mənim qəti inamım budur ki, yaratdığımız hər şey uzunmüddətli baxışa əsaslanmalıdır. Bu forum həm də uzunmüddətli nəticələr və nailiyyətlər üçün baza və təməl yaratmaq imkanıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR