Baş Prokurorluq əsgərin minaya düşməsi barədə məlumat yayıb

Baş Prokurorluq əsgərin minaya düşməsi barədə məlumat yayıb
# 02 yanvar 2022 23:26 (UTC +04:00)

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan APA-ya verilən məlumata görə, müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR