“Bayquş” mobil dron müşahidə sistemi “Gürzə”nin üzərində quraşdırılıb - FOTO

“Bayquş” mobil dron müşahidə sistemi “Gürzə”nin üzərində quraşdırılıb - FOTO
# 07 sentyabr 2022 12:54 (UTC +04:00)

“Bayquş” asqılı operativ taktiki mobil dron müşahidə sistemi “Gürzə” hərbi maşınının üzərində quraşdırılıb.

APA xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan “Bayquş” asqılı operativ taktiki mobil dron müşahidə sistemi Bakıda keçirilən 4-cü “ADEX” sərgisində nümayiş olunur.

Mobil dron müşahidə sisteminin gecə-gündüz 24 saat ərzində fasiləsiz 100 metrədək müşahidə imkanları var. GPS-dən aslı olmayaraq, dron uçuşları həyata keçirə və 30-40 kvadrat kilometr ərazinin daimi müşahidəsini apara bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR