DSX helikopterinin qəza anında “qara qutu”da qeydə alınmış uçuş parametrləri açıqlanıb - VİDEO

DSX helikopterinin qəza anında “qara qutu”da qeydə alınmış uçuş parametrləri açıqlanıb - VİDEO
# 20 dekabr 2021 14:21 (UTC +04:00)

Baş Prokurorluq noyabrın 30-da Xızıda qəzaya uğrayan helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrlərini açıqlayıb.

Baş Prokurorluqdan APA-ya daxil olan məlumatda deyilir:

“Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub”.

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçi həlak olub, 2 hərbçi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR