Emin Həsənli: I Qarabağ müharibəsi əlillərinə ödəmələrin verilməsi dövlətin növbəti qayğısının göstəricisidir

Emin Həsənli

© APA | Emin Həsənli

# 02 avqust 2022 14:59 (UTC +04:00)

Prezident İlham Əliyev hər zaman şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərib.

Bunu APA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O bildirib ki, I və ya II Qarabağ müharibəsində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmur.

“O cümlədən 20 Yanvar faciəsi zamanı xəsarət alanlar, Çernobıl hadisəsinin iştirakçıları, II Dünya müharibəsi veteranları, bir sözlə hamısı bərabər şəkildə dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan dövləti onları mənzil və avtomobillərlə təmin edir. I Qarabağ müharibəsinin şəhid ailələri də birdəfəlik ödəmə alıblar. İndi də 1997-ci ilin avqustun 2-nə qədər döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış şəxslər, o cümlədən vəfat etmiş şəxslərin vərəsələri I, II və III qrup üzrə müvafiq ödəmələr alacaqlar. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin növbəti diqqət və qayğısının göstəricisidir. Əlillərin ən müasir protezlərlə təmin edilməsi, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır. Həmin şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən qarşılanır. Azərbaycan dövlətinin onun uğrunda canını vermiş, sağlamlığını itirmiş şəxslərə diqqət və qayğı bundan sonra da davam etdiriləcək" - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR