Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcək - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 15 may 2022 11:31 (UTC +04:00)

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR