Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub - VİDEO

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub - VİDEO
# 19 iyun 2022 13:48 (UTC +04:00)

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR