Kərim Vəliyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Erhan Afyoncu, Kərim Vəliyev

© APA | Erhan Afyoncu, Kərim Vəliyev

# 14 sentyabr 2022 15:26 (UTC +04:00)

Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə hərbi-təhsil sahəsində görülən birgə işlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR