Kərim Vəliyev ABŞ-da “Will Rogers” aviasiya bazasını ziyarət edib

Kərim Vəliyev ABŞ-da “Will Rogers” aviasiya bazasını ziyarət edib
# 03 dekabr 2022 10:00 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR