Laçında ermənilərin basdırdığı daha 100 mina zərərsizləşdirilib - FOTO - VİDEO

Laçında ermənilərin basdırdığı daha 100 mina zərərsizləşdirilib - FOTO  - VİDEO
# 20 sentyabr 2022 09:47 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

"Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR