Minatəmizləmə əməliyyatlarına 50-dən çox minaaxtaran maşın cəlb edilib

Minatəmizləmə əməliyyatlarına 50-dən çox minaaxtaran maşın cəlb edilib
# 28 fevral 2023 13:51 (UTC +04:00)

Minatəmizləmə əməliyyatlarına minaaxtaran maşınlar və xüsusi təlim görmüş itlər də cəlb olunub.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda əməliyyatlarda 50-dən çox minaaxtaran maşından istifadə edilir:

"Bundan başqa, əməliyyatlar zamanı zirehli texnikalar-buldozerlərdən, ekskavatorlardan da istifadə olunur. Onlar da axtarış işlərinin sürətli və daha effektiv olmasına kömək edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR